Təxirə salınan reyslərin sərnişinləri Naxçıvana çatdırılıb

   Təxirə salınan reyslərin sərnişinləri Naxçıvana çatdırılıb
  18 Dekabr 2023    Oxunub:1199
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin təxirə salınan reyslərinin sərnişinləri Naxçıvana çatdırılıb.
Bu barədə AzVision.az -a AZAL-ın mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, ötən gün Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikib.

Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti