Gəncədə polis sənədi olmayan 150 silahı götürüb

Gəncədə polis sənədi olmayan 150 silahı götürüb
  18 Dekabr 2023    Oxunub:1356
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əməliyyat yolu ilə aşkarlanan silahlardan başqa mütəmadi olaraq vətəndaşlarla profilaktiki söhbətlər aparılıb. Qeyd edilib ki, müvafiq sənədləri olmayan odlu silahların saxlanılması məsuliyyət yaratsa da, könüllü təqdimetmə şəxsi məsuliyyətdən azad edir.

Keçirilən profilaktiki tədbirlər nəticəsində 26 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibr ov silahlarını polisə könüllü təhvil verib. Təqdim edilən hər bir silah müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-profilaktiki tədbirlər nəticəsində qanunla ələdə edilib saxlanılması qadağan olan və müvafiq icazə sənədləri olmayan ümumilikdə 150 ədəd silah aşkarlanaraq götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti