Gələn il bəzi məktəblər birləşdiriləcək, bəziləri ləğv ediləcək

   Gələn il bəzi məktəblər birləşdiriləcək,  bəziləri ləğv ediləcək
  18 Dekabr 2023    Oxunub:1834
“2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub”.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasınsa Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur:

“Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir”.

AzVision.az


Teqlər:





Xəbər lenti