ADRA ilk dəfə süni zəkadan istifadə edəcək
ADRA-nın "Heydər Əliyev İli" çərçivəsində fəaliyyətinə də toxunan N.Qasımov qeyd edib: "Agentlik Ulu Öndərin 100 illik yubileyi münasbətilə ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsini, rəqəmli bilbordlarda və monitorlarda Ümummilli Liderin həyatının ayrı-ayrı hissələrindən olan görüntü və fotoların yayımını həyata keçirib. Agentliyin Ərazi Reklam İdarələrində müxtəlif seminar, konfrans, abadlıq işləri və ağacəkmə aksiyaları reallaşıb".
O həmçinin qeyd edib ki, Azərbaycanda Reklam Məlumat Mərkəzi yaradılacaq: "Dövlət Agentliyi 2023-cü ildə rüsum və yayım haqlarının yığımında yüksək nəticə əldə edib. ADRA fəaliyyətini ölkə rəhbərinin apardığı sahibkarlara dəstək tədbirlərinə və bu sahədə vətəndaş məmnunluğunu təmin etmək yönündəki tapşırıqlara uyğun olaraq davam etdirir. Yaxın gələcəkdə açıq məkanda mövcud reklam qurğularının Reklam Məlumat Mərkəzi, Reklama İntellektual Nəzarət Sistemi yaradılacaq".
AzVision.az
Teqlər: ADRA