Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailə köçürüləcək

   Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailə köçürüləcək
  19 Dekabr 2023    Oxunub:874
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb.
AzVision.az bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Komitənin Repatriasiya Departamenti Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50, Kəlbəcər rayonuna isə 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görür. Hazırda onlar Bakı, Sumqayıt, Abşeron və Gəncədə məskunlaşıb.

AzVision.az



Teqlər:





Xəbər lenti