Bakı məktəblərinə 2000-dən müəllim işə qəbul olunub

Bakı məktəblərinə 2000-dən müəllim işə qəbul olunub
  22 Dekabr 2023    Oxunub:2798
2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 743 vakansiya təqdim olunub.
Bu barədə AzVision.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, müsabiqələr nəticəsində il ərzində 2 258 nəfər işə qəbul olunub.

Bunlardan 1 188 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 889 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 181 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Həmçinin il ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 485 ixtisaslı kadr dəvət edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti