Gülçöhrə Şəfiyeva vəfat etdi

G.Şəfiyeva 74 yaşında vəfat edib. Sənətkar uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir ayağı amputasiya edilmişdi.
Dəfn mərasimi bu gün saat 12:00-da olacaq.
Qeyd edək ki, G.Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Uzun illər Mədəniyyət Nazirliyi Mərkəzi Aparatında müxtəlif vəzifələrdə çalışıb. 1994-cü ildən Heydər Əliyev Sarayının baş rejissoru olub. 2018-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Allah rəhmət eləsin!
AzVision.az
Teqlər: