Yol qəzası səhər saatlarında Salyanın Sarvan kəndi ərazisində qeydə alınıb. Minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alan 4 nəfər - Sarvan kənd sakinləri Abışova Gülşən, Abışova Xanım, Abışzadə Eşqin və Abışov Emil Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az