Rusiyaya daha 306 min yumurta göndərilib

Rusiyaya daha 306 min yumurta göndərilib
  23 Dekabr 2023    Oxunub:1330
Azərbaycan Rusiyaya daha 306 min ədəd yumurta ixrac edib. Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) bildirir ki, ikinci partiyanın çəkisi 18 tondur.
Süfrə yumurtasının ikinci partiyası Yaraq-Kazmalyar keçid məntəqəsindən daşınıb.

Qurum bildirib ki, Azərbaycandan yumurta ixracı üçün Rusiya bazarının açılması barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin apardığı danışıqlardan sonra qəbul edilib.


Teqlər: Rusiya  





Xəbər lenti