Erməni keşişi oğurlanıb

Erməni keşişi oğurlanıb
  14 Fevral 2013    Oxunub:2675
Suriyada iki xristian ruhanisi girov götürülüb. Onlardan biri erməni katolik kilsəsinin keşişidir.
Bu barədə mətbuata Hələbdəki erməni apostol kilsəsinin mətbuat katibi Jirayr Rəisyan məlumat verib. Onun sözlərinə görə, insident fevralın 9-da Hələb yaxınlığındakı şəhərlərdən birində baş verib. Hər iki keşik insanlarla dolu olan yol avtobusu ilə gedərkən avtobus üsyançılar tərəfindən saxlanılıb. Sərnişinlərdən şəxsiyyəti təsdiq edən sənəd tələb edən qiyamçılar keşişlərin ikisini də özləri ilə aparıblar. Hazırda nə keşişləri apararkən telefonla şərtlərini açıqlayacaqlarını deyən üsyançılardan nə də keşişlərdən bir xəbər yoxdur.



Teqlər:  





Xəbər lenti