Həkimlər azyaşlını uğurla torakal cərrahiyyə əməliyyatı etdilər

Həkimlər azyaşlını uğurla torakal cərrahiyyə əməliyyatı etdilər
  25 Dekabr 2023    Oxunub:1237
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin nəzarəti altında M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ilk dəfə olaraq azyaşlı üzərində torakal cərrahiyyə əməliyyatı icra edilib.
Tibb müəssisəsinə yerləşdirilən 2 yaş 3 aylıq uşaq üzərində ağciyərlərin pnevmoniyası sonrası destruktiv dəyişiklik və ağciyər absesi səbəbilə mürəkkəb əməliyyat həyata keçirilib.

Əməliyyat zamanı nekroza uğramış orta və alt paylar, üst payın nekrotik hissəsi çıxarılıb, ağciyər üst payda olan bronx açıqlığı ləğv edilib.

Əməliyyatı tibb müəssisəsinin uzman uşaq cərrahı Anar Cəfərov, uşaq anestezioloqu Könül Namazova, Kliniki Tibbi Mərkəzdən dəvət olunan uzman uşaq cərrahları Anar Qurbanov və Aynur Qurbanova birlikdə icra ediblər.

Artıq körpə süni tənəffüs aparatından ayrılıb, hazırda həkim müşahidəsi altındadır, vəziyyəti stabildir.

AzVision.az



Teqlər: Azyaşlı  





Xəbər lenti