Azərbaycan yazıçıları bəyanat verdi

Azərbaycan yazıçıları bəyanat verdi
  20 İyun 2014    Oxunub:1480
Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyində İraqın şimalında yaşanan hadisələrlə bağlı bəyanat səslənib.
Bəyanatın mətnini AYB-nin və Azərbaycan yazıçılarının adından xalq şairi Sabir Rüstəmxanlı oxuyub.

Sənəddə bildirilir ki, dünyanın ən qədim sivilizasiyalarından birinin beşiyi olmuş İraq torpağında bu günlərdə insanlıq dramı yaşanır:

“Quzey İraq yenə qanlı döyüşlər beşiyinə dönüb. İslam və din adı altında ortalığa atılan, əslində isə İslam düşmənlərinin planlarını həyata keçirən quldurlar, silahlı ordu ölkənin şimalında dinc əhalini məhv edir. Təəssüf ki, türkmənlərin səsinə səs verən yoxdur. Biz Kərkük türklərini Azərbaycan türklərinin bir parçası, onların faciəsini öz faciəmiz sayırıq. Azərbaycan yazıçıları bu faciəyə laqeyd qala bilməz. Biz İraqdakı soydaşlarımızın səsinə səs verir, qırğın siyasətinin dayandırılmasını tələb edirik”.


Teqlər:





Xəbər lenti