BFB tarixində ən böyük işə qəbul
Təşkilat 15 müxtəlif istiqamətli vakant iş yerinə qəbul prosesini elan edir.
Vakansiyalar haqqında ətraflı məlumatı BFB-nin internet saytından əldə etmək olar.
“BFB 2023-cü ili rekord göstəricilərlə başa vurur və bu hələ başlanğıcdır. Hazırda BFB olaraq 2024-2026-cı illəri əhatə edəcək yeni korporativ strategiya üzərində işləyirik. Yeni strategiyamısın əsas hədəflərindən biri bütün bazar iştirakçılarının inkişafını təmin etməkdir.
Komandamıza qoşulacaq yeni əməkdaşların bu strategiyanın həyata keçirilməsində bizə dəstək olacaqlarına ümid edirik” , - deyə BFB-nin Müşahidə Şurasının sədri Fərid Axundov bildirib.
Əgər karyeranızı “Bakı Fonda Birjası” QSC-də davam etmək, peşəkar komandanın bir hissəsi olmaq istəyirsinizsə, ən son yenilənmiş CV-nizi sizə uyğun olan vakansiyanın başlığını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
AzVision.az
Teqlər: Birja