Kənan Qurbanov: "Bu il 1235 daşıyıcıya “TİR Karnet “ kitabçası verilib"

   Kənan Qurbanov:    "Bu il 1235 daşıyıcıya “TİR Karnet “ kitabçası verilib"
  28 Dekabr 2023    Oxunub:1568
2023-cü ildə daşıyıcılara 1235 ədəd “TİR Karnet “ kitabçası verilib.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov deyib. Onun sözlərinə görə, bu, kitabçalar yüklərin sərhəd-keçid məntəqələrində açılmadan daşınmasına və sürətli keçidə imkan verir. O qeyd edib ki, avtodaşıyıcılarımızın xarici ölkələrdə rastlaşdıqları problemlər barədə və onların həlli məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təkliflər verilib.

"Beynəlxalq daşımaların inkişafı vətəhlükələri yüklərin beynəlxalq daşımaları haqqında Konvesiyaya uyğun olaraq, normativ sənədlərin hazırlanması üçün Nazirliyə təkliflər verilib. Bu il 260 daşıyıcıya təhlükləli yüklərin daşınması barədə təlim kursları keçirilərək, şəhadətnamələr verilib. Həmçinin 1305 daşıyıcıya, 178 operatorun məsul şəxsinə beynəlxalq daşımalar haqqında təlim-tədris keçirilərək Şəhadətnamələr verilib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti