Atasını öldürən yeniyetmənin istintaqı yekunlaşdı

Atasını öldürən yeniyetmənin istintaqı yekunlaşdı
  29 Dekabr 2023    Oxunub:1257
Biləsuvarda oğlunu öldürməkdə təqsirləndirilən atanın cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə AzVision.az -a Biləsuvar Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, sentyabrın 7-də Biləsuvar rayon sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Oqtay Soltanovun həmin tarixdə Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti