Dünyanın ən keyfiyyətsiz maşları - SİYAHI

Dünyanın ən keyfiyyətsiz maşları - SİYAHI
  20 İyun 2014    Oxunub:1017
ABŞ-ın “J.D. Power and Associates” şirkəti 2014-cü ilin ən keyfiyyətli avtomobillərinin növbəti reytinq cədvəlini dərc edib.
AzVision.az xəbər verir ki, 86 min sürücü arasında keçirilən rəy sorğusunda avtomobil sahibləri ilk 90 gündə üzləşdikləri nasazlıqlar haqqında məlumat veriblər.

Sorğunun nəticələri əsasında tərtib olunan reytinq cədvəlinə dalbadal ikinci ildir ki, “Porsche” başçılıq edir.

İkinci yerdə “Jaguar”, üçüncü yerdə “Lexus” qərarlaşıb. Ən böyük irəliləyiş “Hyundai”-a məxsusdur. Belə ki, keçən il 10-cu yerdə olan “Hyundai” bu dəfə altı pillə irəliləyərək 4-cü yerə çıxmışdır. Ən keyfiyyətsiz məhsul istehsalçısı isə “Fiat” hesab olunub.


Teqlər:  





Xəbər lenti