Rusiyalı məşhur teleaparıcı Bakını təriflədi

Rusiyalı məşhur teleaparıcı Bakını təriflədi
  02 Yanvar 2024    Oxunub:2218
“Azərbaycana böyük məmnuniyyətlə gələcəyəm, çünki uşaqlara qutabların, manqal salatının, eyni zamanda, mahir əllərin hazırladığı kababın necə dadlı olduğunu göstərmək istəyirəm”.
Moscow-baku.ru-nun yaydığı məlumata görə, bu sözləri Rusiyanın məşhur teleaparıcısı, şoumen Dmitri Dibrov Bakıya səfər planlarını bölüşərkən deyib.

“Əlbəttə, imkan tapan kimi dərhal səfər edəcəyəm. Amma təəssüf ki, mənim övladlarım heç vaxt Anar Məmmədxanovu, Rüstəm İbrahimbəyovu görməyəcəklər. Bunlar, təbii ki, bərpaolunmaz itkilərdir. Amma yenə də Bakıda dostlar, ağıllı, istedadlı insanlar var və mən onları görməyə şad olacağam”, - deyə Dibrov qeyd edib.

Aparıcı Azərbaycanın mətbəxinə xüsusi yer ayırmağı da unutmayıb.

“Başa düşməlisən ki, Bakıda olmaq ən azı iki kilo əlavə çəki almaqdır (gülür). Şübhəsiz ki, bütün bunlara qonaqpərvərlik, dostluq və iştaha da daxildir”, - Dmitri Dibrov əlavə edib.
AzVision.az



Teqlər:





Xəbər lenti