Aygün Bəylər vəfat edib

  Aygün Bəylər vəfat edib
  07 Yanvar 2024    Oxunub:2352
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) ölümü ilə bağlı yayılan xəbərləri ilk olaraq təkzib etmişdi.
****
Əməkdar artist, tanınmış müğənni Aygün Hümmətova (Bəylər) müalicə olduğu xəstəxanada süni tənəffüs aparatına qoşulub.

Bu barədə AzVision.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, müğənni 22:50-də müalicə aldığı xəstəxanadan Bakıya gətiriləcək.

***
Əməkdar artist, tanınmış müğənni Aygün Hümmətova (Bəylər) dünyasını dəyişib.

AzVision.az Axşam.az-a istinadən xəbər verir ki, o bu gün Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Yaxın dostu, əməkdar artist Çingiz Əhmədov xəbəri təsdiqləyib.

"Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər", - deyə o əlavə edib.

Qeyd edək ki, Aygün Bəylər müalicə üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.

“Özün günahkarsan”, “Ana”, “Küsmə gəl” mahnılarının ifaçısı olan müğənni “Tut ağacı” mahnısı ilə məhşurlaşıb.

48 yaşlı əməkdar artist uzunsürən xərçəng xəstəliyindən sonra bu gün dünyasını dəyişib.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər:





Xəbər lenti