Bakı aeroportuna gediş-gəliş sistemi yenidən qurulacaq

   Bakı aeroportuna gediş-gəliş sistemi yenidən qurulacaq
  08 Yanvar 2024    Oxunub:1099
Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gediş-gəliş sistemi tam yenidən qurulacaq.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd olunub ki, hava limanının dəmir yolu əlaqələndirməsi təmin ediləcək, avtomobil nəqliyyatı üçün parklanma imkanları genişləndiriləcək, 2-ci terminalın ehtiyat imkanlarından istifadə edilərək sərnişinlərə tələbata uyğun xidmət göstəriləcək.

Baş planda 2040-cı ilədək hava limanına gediş-gəliş sisteminin yenidən qurulması prosesi çərçivəsində nəzərdə tutulur:

• hava liimanında dəmir yolu xidmətlərinin intensivləşdirilməsi;

• avtomobil nəqliyyatı üçün parklanma imkanlarının daha da genişləndirilməsi. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının terminal imkanlarından daha optimal birgə istifadə:

• sərnişinlərə xidmətlərin daha optimal şəkildə göstərilməsi;

• tələb olunan əməliyyatlar üzrə terminal imkanlarının təkmilləşdirilməsi (baqajın daşınması, qeydiyyat və s.).

AzVision.az


Teqlər:





Xəbər lenti