Bakının baş planının icrasına 93,6 mlrd xərclənəcək

      Bakının baş planının icrasına 93,6 mlrd xərclənəcək
  08 Yanvar 2024    Oxunub:1459
2020-2040-cı illər üzrə Bakı şəhərinin Baş planının icrasına 93, mlrd. 572 milyon məbləğində vəsait tələb olunur.
AzVision.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Bildirilir ki, Bakı şəhərinin Baş Planı çərçivəsində əsaslı kapital qoyuluşu tələb edən dörd əsas icra istiqamətindən üçü dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirləri ehtiva edir.

Buraya mühəndis-kommunikasiya təminatı infrastrukturunun(15,320 mlrd.) və nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi(16,902 mlrd), ətraf mühitin sağlamlaşdırılması(9,507 mlrd.) kimi tədbirlər aiddir.

Bu tədbirlərin əksər hissəsi dövlət və ya bələdiyyə tərəfindən maliyyələşdirilməlidir. Mühəndis-kommunikasiya təminatı infrastrukturun yaxşılaşdırılması proqramı çərçivəsində bərpa olunan enerji təsərrüfatlarının tikintisi qismən özəl şirkətlərə həvalə edilə bilər. Lakin bu sahə gəlirlərin paylanılması baxımından dövlət nəzarəti altında qalmalıdır. Əsaslı kapital qoyuluşunun sahələr üzrə bölgüsündə bərpa olunan enerji sahəsinin inkişafı üçün qoyulacaq sərmaye 50/50 nisbətində götürülüb.

Şəhərin fiziki inkişafına xüsusən özəl sektorun cəlb edilməsi təşviq edilməlidir. Lakin
bununla yanaşı, yaşayış, ictimai-işgüzar və sənaye ərazilərinin inkişafı zamanı sosial və ətraf mühit aspektləri də nəzərə alınmalıdır və bu, ciddi dövlət nəzarəti tələb edir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti