Şahzadə üçün 13 milyonluq helikopter

Şahzadə üçün 13 milyonluq helikopter
  21 İyun 2014    Oxunub:911
Böyük Britaniya kraliçası II Yelizaveta dəyəri 13,6 milyon funt-sterlinq olan yeni `Agusta A190S` tipli helikopterin icarəyə götürülməsi barədə göstəriş verilib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən helikopterdən əsasən şahzadə Uilyam və keyt istifadə edəcək. Helikopter saatda 289 kilometr sürətlə uça bilər. Bu helikopterdən kral ailəsinin bütün üzvləri istifadə edə biləcək.

Helikopter Birləşmiş Krallıq Hərbi Hava Qüvvələrinin Hempşir qraflığındakı bazada saxlanılacaq. Qeyd edək ki, bu bazada kraliçanın şəxsi heklikopteri də yerləşir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti