3 nəfər qanunsuz silahları polisə təhvil verib

3 nəfər qanunsuz silahları polisə təhvil verib
  09 Yanvar 2024    Oxunub:998
Yeni Günəşli və Zığda 3 nəfər qanunsuz odlu silahları polisə təhvil verib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət edən Yeni Günəşli və Zığ qəsəbəsində yaşayan 3 nəfər dünyasını dəyişən qohumlarından qalan qanunsuz saxladıqları ümumilikdə 3 ədəd ov tüfəngini könüllü olaraq bölmə əməkdaşlarına təhvil veriblər.

Əhalidə saxlanılan qanunsuz odlu silahların təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün hər 3 vətəndaşa təşəkkür edilib.
AzVision.az



Teqlər:





Xəbər lenti