Süni intellektdən elmə yeni töhfə

   Süni intellektdən elmə yeni töhfə
  11 Yanvar 2024    Oxunub:2144
Alimlər süni intellektdən istifadə edərək litiuma alternativ maddə kəşf ediblər.
AzVision.az xəbər verir ki, ABŞ Enerji Nazirliyi və "Microsoft"un birgə layihəsi olan "Sakit Okean Şimal-Qərb Milli Laboratoriyası"nda çalışan alimlər "N2116" adlı yeni maddənin litium istifadəsini 70%-ə qədər azaltmaq potensialına malik olduğunu qeyd ediblər.

Qeyd edək ki, litium elektronik cihazlarda, o cümlədən elektrikli avtomobillər və smartfonlarda istifadə edilən batareyaların əsas komponentidir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, tələbatın artması səbəbilə 2025-ci ildə dünya litium çatışmazlığı ilə üzləşə bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti