Dəm qazından bir gündə 3 nəfər öldü

   Dəm qazından bir gündə 3 nəfər öldü
  13 Yanvar 2024    Oxunub:1785
Dünən Bakı, Şamaxı və Sabirabadda 3 nəfər dəm qazından boğularaq ölüb.
AzVision.az xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində 1991-ci il təvəllüdlü Turanə Fərman qızı Quliyeva mənzilin hamam otağında olarkən dəm qazından zəhərlənib. Yaxınları xəbər tutduqda artıq T.Quliyevanın vəfat etməsi dəqiqləşib.

Şamaxının Mərzəndiyə kəndində 1956-cı il təvəllüdlü Elxan Əhmədov və həyat yoldaşı Zənfirə Əhmədova yaşadıqları evin həyətindəki hamam otağında qazdan zəhərləniblər. Nəticədə E.Əhmədov ölüb, arvadı isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda müalicəsi davam etdirilir.

Sabirabad şəhəri Heydər Həmidov küçəsində 1981-ci il təvəllüdlü Ağayeva Sahilə Saleh qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Faktlarla bağlı ərazi üzrə rayon prokurorluqlarında araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti