Kosmik gəmilərin Ayda enməsi asanlaşdırılır

Kosmik gəmilərin Ayda enməsi asanlaşdırılır
  15 Yanvar 2024    Oxunub:831
NASA mühəndisləri peykin səthinə gələcək kosmik gəmilərin enişini asanlaşdırmaq üçün Ayda künc reflektorları (retroreflektorlar) sisteminin yaradılmasını təklif ediblər.
Təşəbbüs Lunar Retroreflector Array (LRA) və ya “Lunar Retroreflector Network” adlanır. Reflektorlar səkkiz şüşə prizmalı kiçik günbəz formalı cihazlardır. Belə bir yarımkürənin çəkisi cəmi 20 qramdır və enerji tələb etmir.

Ay üzərində onlar kosmik gəmilərdə lazer hündürlükölçənlərdən və optik radarlardan gələn şüaları əks etdirərək eniş edənlərə daha dəqiq naviqasiya etməyə və ən yaxşı enmə yerlərini seçməyə imkan verəcək.

Gələcək retroreflektor şəbəkəsinin ilk komponenti ötən ilin avqustunda Hindistanın “Çandrayaan-3” kosmik gəmisi tərəfindən Aya çatdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti