Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
  15 Yanvar 2024    Oxunub:1095
"Qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında” qanuna əsasən, QHT-lər aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

Qurum bəyan edib ki, "QHT-lərin illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Nazirliyin QHT-lərdən illik maliyyə hesabatlarını alması “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqram”ı vasitəsilə həyata keçirilir. Bunun üçün WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ saytı vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatları təqdim etmək olar.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə müraciət etmək olar.

Tel: 404 46 99, daxili nömrələr - 129 Sevinc Məmmədova, 469 Günay Mamedova, 287 Gəray Məmmədov


AzVision.az


Teqlər:





Xəbər lenti