Liftin qırılması nəticəsində xəsarət alan dörd nəfər hospitalizasiya olunub

Liftin qırılması nəticəsində xəsarət alan dörd nəfər hospitalizasiya olunub
  16 Yanvar 2024    Oxunub:1331
Yanvarın 16-da saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə AzVision.az-a TƏBİB-dən məlumat verilib.

Dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
AzVision.az



Teqlər:





Xəbər lenti