Kseniya Sobçak Bakıda nədən təsirlənib

Kseniya Sobçak Bakıda nədən təsirlənib
  16 Aprel 2013    Oxunub:1775
Kseniya Sobçak Bakıya səfərinin nəticəsi olaraq “Snob” jurnalında yazı dərc edib. Həmin materialı AzVision.az oxucularına təqdim edirik
...İndicə sürreal adı olan “Bakıda MDBMİ-nin məzunlarının beynəlxalq görüşü” tədbirindən qayıtmışam. Dəvətlilər arasında Əlişir Usmanov və Vladimir Medinskiy kimi adlar var idi. Mən də dəvət alan kimi “Dojd” telekanalının baş redaktoru Mixail Zıqarla Azərbaycana uçduq. Dünyanın bir çox ölkələrindən foruma qatılmış MDBMİ-nun 500 məzunu arasında 3 gün keçirdik.

Prezident administrasiyası qonaqlara böyük bayram qurmağa çalışırdı: bizi qarşıladılar, gözəl otellərdə yerləşdirdilər, ekskursiyalar təşkil etdilər və öz bakılı qonaqpərvərliklərini göstərdilər. Bu şəhərdə 10 il öncə olmuşdum və yenidən bura gələndə necə dəyişildiyini görüb heyran qaldım.

...Sanki şampunla yuyulub küçələr. Şəhərin mərkəzində balaca Venesiya. Təmiz, ama özünəməxsusluğunu saxlamış köhnə şəhər. Möhtəşəm gözəl göydələnlər. Və ən əsası, Bakıda məni təsirləndirən Heydər Əliyev mədəniyyət mərkəzi. Bu gözəl və möhtəşəm binada 2-3 saat keçirdikdən sonra mən utandım və pis oldum ki, nefti heç də az olmayan Moskvamda son 12 il ərzində Zaha Hadidin bu möhtəşəm sənət əsərinə oxşar heç bir şey yaratmayıblar. Mən yenə də belə nəticəyə gəldim ki, Rusiyada hər gün və hər saat zövqə qarşı cinayətlər baş verir və bu, təkcə Matviyenkonun saç düzümünə, Stas Mixaylovun mahnıların və deputat Burmatovun kostyumlarına aid deyil.

Son 12 ildə Moskvada müxtəlif memarların çox sayda layihələri təqdim olunub: Zaha Hadiddən tutmuş, Norman Fosterə qədər. Amma müxtəlif səbəblərə görə onlardan heç biri reallaşmadı: gah müasir mədəniyyətlə tanış olmayan ictimaiyyət qışqırırdı ki, “burada memarlıq abidəsini dağıtmağa və hər şeyi korlamağa çalışırsız”, gah da “Əllərinizi Peterburqumuzdan çəkin!”,- deyərək, Mariya teatrının artıq təsdiq olunmuş çox gözəl layihəsinin reallaşmasına icazə vermədilər.

Bizim problemimiz ondadır ki, memarlıq, incəsənətlə məşğul olan adamlarımız elə düşünürlər ki, onların zövqü var. Və hər məmur öz “möhtəşəm” zövqü ilə gəlir. Bunun altını isə biz və qarşıdan gələn nəsil hələ bir neçə onilliklərlə çəkəcəyik.

Ona görə də, ayıbdır ki, vaxtilə zövqünə lağ etdiyimiz Azərbaycan çox qabağa gedib. Söz azadlığına qarşı olan cinayətdən daha pisi zövqə qarşı cinayətlərdir. Sovet dəyərlərilə tərbiyə olunmuş nəsil indiyə qədər başa düşə bilmir ki, teatr başqa cür olmalıdır artıq, Elmlər Akademiyası təkcə elm yeri deyil və Moskvanın mərkəzində dünya şöhrətli memarın layihəsiylə hər hansı bir ideal bina tikmək Lujkovun barokko nümunələrindən yaxşıdır. Ölkəmizdə zövqün olmaması çox böyük problemdir. Nəticədə Moskvada fəxr edə biləcəyimiz müasir tikili yoxdur.

Zaha Hadidin binasından çıxıb, biz Azərbaycanın prezidenti Əliyevlə şam yeməyinə gəldik.

Heydər Əliyev mərkəzində illik plan bu cürdür: Endri Uorholun sərgisi, müasir dünya ulduzlarının və Herstin keçmişdən bəhs edən foto-sərgiləri. Bu yer Azərbaycanın mərkəzində yeni Bilbao olacaq. Bu cür Bilbao Moskvanın mərkəzində, “Qırmızı oktyabr” da ola bilərdi, amma mən qorxuram ki, ən yaxşı halda orada “Qırmızı oktyabr”ın qalıqları qalacaq, ən pis halda isə “Quta-Bank”dan elit yaşayış yeri.

Və bu, yeganə şeydir ki, mən mövcud olan rejimi bağışlaya bilmirəm: bizdən tək səslərimizi deyil, həmçinin zövqün, estetikanın və müasirliyin anlayışını da oğurladılar.

Tərcümə: AzVision.az


Teqlər:  





Xəbər lenti