AZAL-ın Gürcüstan bazarındakı payı açıqlanıb
![AZAL-ın Gürcüstan bazarındakı payı açıqlanıb
AZAL-ın Gürcüstan bazarındakı payı açıqlanıb](https://azvision.az/photos/2024/01/1705433106.jpg)
Bazarda mütləq lider Macarıstanın “Wizz Air” şirkətidir, onun ardınca “Türk Hava Yolları” əhəmiyyətli fərqlə ikinci, Türkiyənin aşağı büdcəli “Pegasus” aviaşirkəti isə ilk üçlüyü qapayır.
Gürcüstanda fəaliyyət göstərən ilk on aviaşirkət / 2023-cü ildə bazar payı və daşınan sərnişinlərin sayı:
Wizz Air (Macarıstan) – 21% (1.270.737 sərnişin);
Türk Hava Yolları – 11% (627 078 sərnişin);
Pegasus (Türkiyə) – 7% (423 655 sərnişin);
Georgian Airways – 5% (326 873 sərnişin);
AZAL – 5% (324 044 sərnişin);
Fly Dubai (BƏƏ) – 4% (218 433 sərnişin);
El Al Israil – 3% (202,469 sərnişin);
Belavia (Belarus) – 3% (184 117 sərnişin);
Israir (İsrail) – 3% (182 941 sərnişin);
Air Arabia (BƏƏ) – 3% (155 303 sərnişin).
AzVision.az
Teqlər: