Ötən il istehlakçılara 618 min manatdan artıq vəsait qaytarılıb

   Ötən il istehlakçılara 618 min manatdan artıq vəsait qaytarılıb
  18 Yanvar 2024    Oxunub:1342
Təmin olunmuş müraciətlər üzrə sahibkarlıq subyektləri tərəfindən istehlakçılara 2023-cü ildə qaytarılan məbləğ 83 faiz artıb.
AzVision.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində həyata keçirilən tədbirlər 2023-cü ildə ümumilikdə 7597 müraciətə baxılıb:

"Bu da 2022-ci illə müqayisədə 36,4% yüksək göstəricidir. Ötən il daxil olan müraciətlərin təmin olunma səviyyəsində 2022-ci illə müqayisədə 26,6% artıma nail olunub. Hesabat dövründə sahibkarlıq subyektləri tərəfindən istehlakçılara 618 min manatdan artıq vəsait qaytarılıb. Bu isə 2022-ci ildəki göstəricidən 83% çoxdur".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti