"Haqsız rəqabətə görə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib" - Dövlət Xidməti

   "Haqsız rəqabətə görə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib" -    Dövlət Xidməti
  18 Yanvar 2024    Oxunub:1217
2023-cü ildə haqsız rəqabətə yol vermə əlamətləri üzrə 48 işə baxılıb.
AzVision.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, baxılan işlərin 8-i 2022-ci ildən qalıb.

"Qanun pozuntusuna yol vermiş 24 bazar subyektinə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib. Ötən il 26 sahibkarlıq subyekti qanun pozuntularını könüllü aradan qaldırıb. Bundan başqa tələb olunan məlumatları və sənədləri təqdim etmədiyinə görə 3 bazar subyektinə 148,2 min manat maliyyə sanksiyası tətbiq edilib. İşlərə baxılması davam edir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti