İtaliya Azərbaycan neftinin ən böyük idxalçısıdır

   İtaliya Azərbaycan neftinin ən böyük idxalçısıdır
  19 Yanvar 2024    Oxunub:1724
2023-cü ildə Azərbaycan İtaliyaya 7077115,41 min ABŞ dolları dəyərində 11117529,86 ton neft ixrac edib.
AzVision.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, Azərbaycandan ümumi neft idxalına görə (neftin həcminə və dəyərinə görə) ikinci yeri İsrail tutub. Belə ki, hesabat dövründə bu ölkəyə 1394267,62 min dollar dəyərində 2270342,62 ton neft ixrac edilib.

Siyahıda üçüncü yer isə Hindistanın payına düşür. Adıçəkilən ölkə ötən il Azərbaycandan 2025082,15 ton (1227040,85 min dollar) neft idxal edib.

Beləliklə, Azərbaycan 2023-cü il ərzində dünyanın 22 ölkəsinə 16240829,63 min ABŞ dolları dəyərində 26047289,51 ton neft ixracı həyata keçirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: neft   idxal   ixrac  





Xəbər lenti