Deputat rayonda at çapdı - FOTOLAR

Deputat rayonda at çapdı - FOTOLAR
  23 İyun 2014    Oxunub:1101
“Mən doğma el-obam olan Leriklə nəfəs alıram. Bizim demək olar ki, asudə vaxtımız olmur. Ancaq, azacıq da olsa vaxt tapan kimi özümü Lerikə çatdırıram”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Lerikdən seçilən deputatı İqbal Məmmədov facebook səhifəsində qeyd edib.

Deputatın sözlərinə görə, at çapmaq onun ən sevdiyi idman növüdür.

“Təbii ki, rayonda da tədbirlər və daim seçicilərlə keçirdiyimiz səyyar qəbullar proqramımızı boş saxlamır. Stresli və gərgin iş yorğunluğundan dincəlməyim isə çox sevdiyim atlarla mümkün olur. Ümumiyyətlə sevdiyim iki idman növü var: yay aylarında at sürmək, qışda isə xizək. At insanlara xidmət üçün yaradılmış ən sədaqətli heyvanlardandır”.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti