Azərbaycan və Çin ticarət əməkdaşlığını genişləndirməyi planlaşdırır

Azərbaycan və Çin ticarət əməkdaşlığını genişləndirməyi planlaşdırır
  23 Yanvar 2024    Oxunub:952
“Azərbaycan və Çin müxtəlif sahələrdə bir sıra layihələr həyata keçirməyi planlaşdırır”.
Bunu Çinin Azərbaycandakı səfiri Qo Min jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq daha da genişləndiriləcək: “Bundan əlavə, iki ölkə arasında mədəni əməkdaşlıq yaxşı inkişaf edib”.

“Bugünkü tədbir Çin Yeni ili şərəfinə təşkil olunub. Azərbaycanda bir çox insanın Çin mədəniyyətinə münasibəti yaxşıdır və belə tədbirlərin keçirilməsi buna sübutdur. Onların məqsədi insanları Çin mədəniyyəti ilə tanış etməkdir”, - səfir bildirib.

Q.Min iki ölkə arasında əlaqələrin inkişafında İpək Yolunun rolunu vurğulayıb: “Biz daha çox azərbaycanlının Çinə gəlməsini istəyirik və buna çox sevinəcəyik”.
AzVision.az



Teqlər:





Xəbər lenti