Şuşa və Xocavənddə poçt şöbələri açılacaq

 Şuşa və Xocavənddə poçt şöbələri açılacaq
  25 Yanvar 2024    Oxunub:1079
"Qarabağda bəzi şəhərlərdə poçt filialının yaradılması ilə bağlı işlər aparılır".
AzVision.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev 2023-cü ildə qurumun gördüyü işlərə dair brifinqdə deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb:

"2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. Hazırda Xankəndi Poçt Filialının yaradılıb. Eyni zamanda, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər aparılır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti