"Xəstəliyini ailəsindən gizlədirmiş" - Yusif Şeyxov "Rəşid"dən danışdı

   "Xəstəliyini ailəsindən gizlədirmiş" -    Yusif Şeyxov "Rəşid"dən danışdı
  25 Yanvar 2024    Oxunub:3167
Xəbər verdiyimiz kimi, “Sehirli Xalat” filmindəki Rəşid obrazını yaradan aktyor Azər Qurbanov vəfat edib. Bu barədə əməkdar mədəniyyət işçisi Yusif Şeyxov məlumat verib. O bildirib ki, aktyor bir müddət əvvəl ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Bununla bağlı AzVision.az -a danışan Y. Şeyxov bildirib ki, aktyorun ölümündən onun oğlu vasitəsi ilə xəbər tutub:
“Sehirli Xalat”ın Rəşidi: “Anam zəng vurdu ki, Bakıya qayıtma...” (EKSKLÜZİV MÜSAHİBƏ)


“Sırağa gün oğlu rus dilində mənə atasının mesencerindən yazdı. Bildirdi ki, Azərin oğludur və atası rəhmətə gedib. Onun sözlərinə görə, Azər bir ay əvvəl xəstəxanada keçinib. Oğlu mənə dedi ki, “atam sizinlə tez-tez yazışırdı, ona görə də sizə xəbər verirəm”. Bildirdi ki, sənət dostumuz ağır xərçəng xəstəsi imiş”.

Y. Şeyxov əlavə edib ki, sağlığında aktyorla “Sehirli xalat” filmi ilə bağlı söhbətlər edirmişlər:

“Onunla facebookda yazışırdıq. Bakıda “Sehirli xalat”la bağlı veriliş olanda, yazı yazılanda ona link atırdım. Təccüblənirdi ki, 60 il keçib üstüdən hələ də bu film maraqla izlənilir.

Bakıya gəlmək istəyirdi. Ancaq oğlunun dediyinə görə, son 5 ili xərçəng bütün bədəninə yayılıbmış. Nə oğluna, nə də yoldaşına xəstəliyi barədə deyirmiş. Gizlin müalicə etdirirmiş. Ailəsi xəbər tutandan sonra onu xəstəxanaya yerləşdiriblər, ancaq gec olub. Orada kiçik biznesi var idi. Tibb avadanlıqlarının alqı-satqısı ilə məşğul olurdu”.

Qeyd edək ki, əslən Gəncə şəhərindən olan Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda Nərimanov prospektində yerləşən 225 saylı orta məktəbdə rus dilində alıb.

Sovet dövrünün uşaqlarının pərəstiş etdiyi əfsanəvi aktyor 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.

Aktyor hələ 1957-ci ildə - 7 yaşında "Bir məhəllədən iki nəfər" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb.

Amma qeyd etməliyik ki, aktyorun ən yaddaqalan rolu "Sehrli xalat" (1964) filmindəki pioner Rəşid obrazı olub.


Yusif Şeyxov "Sehirli xalat" filmində Eldar obrazında
Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti