Ötən il 141 uşaq övladlığa verilib

Ötən il 141 uşaq övladlığa verilib
  25 Yanvar 2024    Oxunub:925
Azərbaycanda 1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib.
AzVision.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

O qeyd edib ki, həmin uşaqlardan 141 nəfəri ötən il övladlığa verilən uşaqlardır: "Paralel olaraq “Himayədar ailə” qayğı modeli çərçivəsində 5 qız uşağı himayədar ailələrə verilib. Ötən il uşaqlardan 91 nəfəri yaxın qohumu, 27 nəfəri ögey ata (ana) tərəfindən övladlığa götürülüb".

AzVision.az


Teqlər:





Xəbər lenti