Naxçıvanda "100 il yaşa" adlı tibbi aksiya başa çatıb

Naxçıvanda "100 il yaşa" adlı tibbi aksiya başa çatıb
  25 Yanvar 2024    Oxunub:1145
Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaradılmasının 100-cü ilinə həsr olunmuş “100 il yaşa” adlı kütləvi-profilaktik tibbi müayinə aksiyası yekunlaşıb.
AzVision.az xəbər verir ki, aksiyada tərkibi terapevt, kardioloq, nevroloq, ginekoloq, pediatr, laborant, tibb bacısı və qrup rəhbəri olan 23 həkim qrupu tərəfindən muxtar respublikanın bütün bölgələrində vətəndaşların ümumi qan analizləri, USM və EKQ müayinələri də daxil olmaqla kütləvi müayinələr aparılıb. Müayinələrlə yanaşı, qrup rəhbərləri tərəfindən vətəndaş müraciətləri qeydə alınıb. Aksiyaya 184 səhiyyə işçisi və 16 ambulans cəlb edilib.

Ümumilikdə 5855 həkim müayinəsi, 1163 USM müayinəsi aparılıb, 1629 ümumi qan analizi yoxlanılıb, 692 vətəndaşın müraciəti qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti