Blinken: "Türkiyənin qərarından məmnunuq"

      Blinken:    "Türkiyənin qərarından məmnunuq"
  26 Yanvar 2024    Oxunub:880
ABŞ Dövlət katibi Antoni Blinken Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolu ilə bağlı təsdiq fərmanını imzalamasını alqışla qarşılayıb.
AzVision.az xəbər verir ki, Blinken bu barədə "X" hesabından yazıb.

"Təsdiq barədə sənədlərin Vaşinqtona çatdırılmasını və İsveçin NATO-nun 32-ci üzv kimi qoşulmasını səbirsizliklə gözləyirik. İsveç və NATO birlikdə daha güclüdür", - o deyib.

Xatırladaq ki, prezident Ərdoğanın fərmanı dünən "Resmi Gazete"də dərc olunub.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti