Baydenin qərarına görə qış Avropada soyuq olacaq

Baydenin qərarına görə qış Avropada soyuq olacaq
  27 Yanvar 2024    Oxunub:1371
ABŞ lideri Cozef Baydenin mayeləşdirilmiş təbii qaz (LNG) ixracı üçün yeni lisenziyaların verilməsini dayandırmaq qərarına görə, Avropa soyuqla üzləşib.
Bu barədə Bloomberg yazıb. Bundan əvvəl Bayden administrasiyası mayeləşdirilmiş təbii qaz istehsalının iqlimə və milli təhlükəsizliyə təsirini öyrənmək üçün LNG ixrac icazələrinə moratorium qoyub. Nəşr bildirib ki, yanacağın tədarükünün dayandırılması artıq avropalı alıcıları olan layihələrin həyata keçirilməsini ləngidə bilər.

Bu arada keçən il Avropada qaza tələbat 7 faiz azalıb və 1995-ci ildən bəri ən aşağı göstərici olub.Azalma demək olar ki, tamamilə 2023-cü ilin birinci və üçüncü rüblərində əks olunub. Dördüncü rüb 2022-ci il səviyyəsindən bir qədər aşağıda qalıb”, - deyə hesabatda qeyd edilib.

Elektrik enerjisinə tələbatın azalması, bərpa olunan mənbələrin davamlı genişlənməsi və nüvə enerjisindən istifadə imkanlarının artması qaz enerjisi istehsalına təsir göstərdiyi üçün qaz istehlakının azalmasının 75 faizini təkcə enerji sektoru təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti