"Azəriqaz": "Yasamalda qaz xəttindəki qəzanın nəticələri aradan qaldırılır"

   "Azəriqaz":    "Yasamalda qaz xəttindəki qəzanın nəticələri aradan qaldırılır"
  27 Yanvar 2024    Oxunub:954
Bakının Yasamal rayonunda Xocasən qazpaylayıcı stansiyasından (QPS) qidalan diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində baş verən qəzanın nəticələri aradan qaldırılır.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildrilib ki, dərhal yaranan problemlə bağlı əraziyə İstehsalat Birliyinin çox sayda işçi qrupu və texnika cəlb olunub.

"Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam etdirilir. Qısa müddət ərzində işlərin yekunlaşdırılaraq qaz təchizatının bərpası təmin ediləcək" - məlumatda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti