Lukaşenko Rusiyaya gedib

   Lukaşenko Rusiyaya gedib
  27 Yanvar 2024    Oxunub:1109
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.
AzVision.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, dövlət başçısı Leninqradın faşist blokadasından azad edilməsinin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək. Sankt-Peterburqda İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası da keçiriləcək. Bundan əlavə, Belarus və Rusiya Federasiyasının liderləri ikitərəfli danışıqlar aparacaqlar.

İki ölkə başçısı Belarusla Rusiyanın qarşılıqlı fəaliyyətinin ən aktual məsələlərini nəzərdən keçirəcək və beynəlxalq məsələləri müzakirə edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti