ATƏT müşahidəçiləri Saatlıda seçkiyə hazırlıq prosesi ilə tanış olub
DSK sədri qeyd edib ki, seçkilərə hazırlıq prosesi qanunvericilik çərçivəsində davam edir:
"7 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Fiziki qüsurlu seçicilərin səsvermə hüququnu təmin etmək məqsədilə 12 seçki dairəsində panduslar qoyulub".
"Dairə üzrə 639 müşahidəçi qeydiyyatdan keçib. Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri də dairə üzrə seçkilərə hazırlıq prosesi ilə tanışıb olublar", – A.Əliyev bildirib.
DSK sədri seçki komissiyalarının üzvlərinə maarifləndirici treninqlərin keçirildiyini, seçki prosesi ilə bağlı metodiki məlumatlandırma işinin aparıldığını da diqqətə çatdırıb.
AzVision.az