Bakıda skuterlərlə bağlı yeni qadağa - RƏSMİ
Qeyd edilir ki, 1-ci mərhələ üzrə İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti və Fikrət Əmirov küçəsi olmaqla ümumilikdə 3000 metr məsafədə müvafiq nişanlanma işləri aparılıb, yol nişanları quraşdırılıb:
“Hazırda marşrut üzrə parklanma yerlərinin təşkil edilməsi istiqamətində işlər aparılır. Artıq 13 məntəqədə parklanma yerləri təşkil edilib.
Qurulan infrastruktur qlobal şirkətlərin Bakıda fəaliyyətlərini genişləndirməsinə şərait yaradıb. Artıq şəhərin mərkəzində skuter icarəsi ilə məşğul olan beynəlxalq şirkətlərin mikromobillik vasitələrini görmək mümkündür.
Qeyd edək ki, təhlükəsizlik məqsədilə skuterlər yalnız velosiped zolaqları ilə 25 km-dən çox olmayan sürətlə hərəkət edə bilərlər. Yol kəsişmələrində isə sürət saatda 15 km keçməməlidir. Skuter icarəsi üçün hazırlanan tətbiqlərdə sürət həddinə nəzarətlə bağlı funksiyalar yaradılıb.
Yaxın vaxtlarda isə parklarda və digər ictimai yerlərdə skuterlərin hərəkətinin məhdudlaşdırılması üçün funksiya aktiv olacaq. Müəyyən edilmiş sürət həddi aşıldıqda və ya skuterlər qadağan olunmuş zonaya daxil olmaq istədikdə nəqliyyat vasitəsinin hərəkəti bloklanacaq”.
AzVision.az