Qəsəbələrdən köçürülən məcburi köçkünlərin evləri kimlərə verilir? - Açıqlama
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Böyük Qayıdış çərçivəsində, işğaldan azad olunmuş ərazilərə əsasən, yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köçürülür.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşıdırlması üçün istifadəyə verilmiş qəsəbələrdən bu günədək məhdud sayda insanlar doğma yurdlarına köçürülüb. Köçürülmüş ailələrin boşalmış mənzilləri Dövlət Komitəsində fəaliyyət göstərən komissiyanın qərarı ilə yalnız, qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün, şəhid ailələləri və müharibə iştirakçılarına verilir.
Aytən Zəhra
AzVision.az
Teqlər: