MSK sədri: "Erməniəsilli seçicilər də səsvermədə iştirak edə bilərlər"

      MSK sədri:    "Erməniəsilli seçicilər də səsvermədə iştirak edə bilərlər"
  29 Yanvar 2024    Oxunub:887
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməniəsilli seçicilərin də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəyini deyib.
AzVision.az xəbər verir ki, bunu MSK sədri jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur: "Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermdə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur".

AzVision.az


Teqlər:





Xəbər lenti