ABŞ bazasına hücum edənlər məlum oldu

 ABŞ bazasına hücum edənlər məlum oldu
  29 Yanvar 2024    Oxunub:1237
"İraqın İslami Müqaviməti" adlı şiə hərəkatı ABŞ-ın İordaniya-Suriya sərhədindəki hərbi bazasına pilotsuz uçuş aparatı ilə endirilən zərbənin məsuliyyətini öz üzərinə götürüb.
ABŞ İrana qarşı gizli əməliyyat keçirməyi düşünür
AzVision.az xəbər verir ki, bu barədə “The Washington Post” qrup rəhbərliyindəki adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

"ABŞ İsraili dəstəkləməyə davam edərsə, eskalasiya davam edəcək. ABŞ-ın regiondakı bütün maraqları qanuni məqsədlərdir və biz ABŞ-ın cavab təhdidlərindən narahat deyilik", - hərəkatın sözçüsü qəzetə bildirib.

AP mənbələri zərbənin İraqdakı qruplaşmalardan biri tərəfindən həyata keçirildiyini təsdiqləsə də, hansının olduğunu açıqlamayıb.

Qeyd edək ki, İranın BMT-dəki daimi nümayəndəsi İRNA-ya bildirib ki, İslam Respublikasının İordaniya və Suriya sərhədindəki ABŞ bazasına hücumla heç bir əlaqəsi yoxdur.

AzVision.az


Teqlər:   ABŞ   İraq  





Xəbər lenti