Valideyinləri 9 yaşlı uşağı döyüb, diləndirdilər - Foto

   Valideyinləri 9 yaşlı uşağı döyüb,    diləndirdilər - Foto
  29 Yanvar 2024    Oxunub:997
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin polis əməkdaşları diləndirilən doqquz yaşlı uşağı aşkarlayıblar.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə facebook hesabında paylaşım edib.

Onun sözlərinə görə, uşaq evinə qaytarılmamaq üçün polislərə yalvarıb:

“Uşaq dəhşətlər yaşayıb. Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var. Hər gün 70 manatdan çox pul qazanıb. O puldan özünə yemək xərci üçün götürəndə anası döyüb. Bu, azmış kimi, hər dəfə atasına da döydürüb. Valideynlər cəzalandırılmalıdırlar”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, məsələ araşdırılır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti