Afiyəddin Cəlilov xəstəxanaya yerləşdirildi

   Afiyəddin Cəlilov xəstəxanaya yerləşdirildi
  29 Yanvar 2024    Oxunub:1893
Sosial şəbəkələrdə çəkdiyi videolarla gündəmə gələn Əli Afiyəddin valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb.
Həmin uşaq Afiyəddin Cəlilovun nəvəsi imiş
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib. O bildirib ki, valideynin iştirakı ilə yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Qeyd edək ki, Əli Afiyəddin 9-cu sinif şagirdidir. Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsidir. O, ictimai nəqliyyatda, küçədə qeyri-adekvat hərəkətlər edərək videolar paylaşır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:   TikTok  





Xəbər lenti