Xankəndidə yaşayan erməni İlham Əliyevə təşəkkür etdi - Video
"Mən 20 il meşədə yaşamışam, qaz, işıq olmayıb. Ona görə bu gündəyəm. Pulum yox idi deyə qazımı, işığımı kəsmişdilər, deyirdilər ödə bərpa edək. Amma mən Azərbaycan prezidentinə təşəkkür edirəm, o mənə işıq, qaz, yemək və pul verir.
Ermənistan mənim nəyimə lazımdır? Əgər istəyirsinizsə, özünüz gedin. SSRİ zamanında Bakıda olmuşam. Qohumlarım orada yaşayırdı. Bacım məndən imtina edib. Xankəndini tərk edəndə heç mənə xəbər etmədi. Samvel Babayan(Xocalı qatili) da bizim qonşuluğumuzda yaşayırdı. Bako Saakyan, Araik Arutyunyan indi bir yerdə oturublar. Onlara hələ bu da azdır. Onları güllələmək, ac qoymaq lazımdır. 44 günlük müharibədə ermənilər Xankəndidən qaçanda şəhərdə ancaq mən var idim. Onlar indi Ermənistanda acından ölürlər, balaca evlərdə kirayədə yaşayırlar".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: